Musiqi məktəblərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri AÇIQLANDI 

Musiqi məktəblərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri AÇIQLANDI 

Hazırda oxunan: Musiqi məktəblərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri AÇIQLANDI 

156376

2023-cü ilin 5-12 sentyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub. 

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, müsahibə mərhələsində iştirak etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən elan edilən vakant vəzifələrə qeydiyyatdan keçən 488 namizəddən 456-sı imtahanda iştirak etmiş, onlardan 246 nəfər tələb olunan keçid balını toplamış, 147 nəfərin uyğun hesab edildikləri vəzifələrə təyinatları ilə bağlı qərar qəbul edilmişdir. 99 nəfər isə ehtiyat kadrlar siyahısına daxil edilib. 
Müsabiqənin müsahibə mərhələsinin nəticəsindən narazı olan namizədlər şikayətlərinə baxılması məqsədilə 25 sentyabr 2023-cü il saat 17:00-dək [email protected] elektron poçt ünvanı vasitəsilə Nazirliyin Apellyasiya Şurasına müraciət edə bilərlər.  Müsahibənin nəticələri ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: //bit.ly/46ng9Ft 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO