“İşçilər ildə bir dəfə tibbi müayinədən KEÇMƏLİDİRLƏR” – Həkimdən AÇIQLAMA

“İşçilər ildə bir dəfə tibbi müayinədən KEÇMƏLİDİRLƏR” – Həkimdən AÇIQLAMA

Hazırda oxunan: “İşçilər ildə bir dəfə tibbi müayinədən KEÇMƏLİDİRLƏR” – Həkimdən AÇIQLAMA

156304

İxtiyari şəxs işə düzələn zaman işəgötürən ondan sağlamlıq haqqında tibbi arayış tələb edir.

Eyni zamanda, müvafiq nəzarətedici orqanlar müəssisə rəhbərlərindən işçilərin tibbi kitabçasının olmasını tələb edirlər. Lakin, bütün bu tələblərə baxmayaraq cəmiyyətimizdə sağlamlıq haqqında arayışa münasibət birmənalı deyil. İnsanlar çox zaman bunu lüzumsuz və artıq əziyyət kimi dəyərləndirirlər və arayışı əyri yollarla əldə etməyə üstünlük verirlər.

Bəs, işçinin tibbi müayinədən keçməsi daha çox kimə lazımdır?

Azərbaycan Həkimləri İctiami Birliyinin sədr müavini Aydın Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, tibbi müayinə hər kəs üçün vacibdir:

“Xüsusilə, də qida sektorunda çalışanlar üçün. Çünki, bu sektorda çalışan insanlar həssas kateqoriyaya aiddir. Onların hər biri potensial virus yayıcısıdır. Ona görə də bu sektora işə düzələnlərin tibbi müayinədən keçməsi zəruridir.

Çünki, gizli gedən xəstəliklər var. Bu cür müayinələrdə o qədər xəstəliklər üzə çıxır ki...

Belə müayinələrdə biz çox sayda vərəm, şiş və digər xəstəliklər aşkar eləmişik. Bu tip müayinələrdə hətta HİV və Hepatit C virusları aşkar olunub. Bir çox xəstəliklər gizli xarakter daşıyır.
Xəstəliyi gizli keçirən insanların işə düzələndən sonra xəstəliyi bu və ya digər şəkildə digər insanlara da ötürməsi təhlükəsi var”.

Aydın Əliyev bir məqama da toxunub:

“Burda digər bir məsələ var. İşçi iş yerində hansısa xroniki xəstəlik tapırsa, buna görə həmin müəssisə məsuliyyət daşıyır. Ona görə də işəgötürən maraqlıdır ki, işə götürdüyü adamın sağlamlığı haqqında dəqiq məlumatı olsun.

Əslinə baxsaq, tibbi müayinə ilk növbədə insanın özünə lazımdır. Biz tez-tez belə hallara rast gəlirik ki, qanvermə aksiyasında iştirak edən vətəndaşda hansısa bir ciddi xəstəlik aşkarlanıb. Gizli gedən bu xəstəlikdən həmin adamın həmin ana qədər xəbəri olmayıb.

Ona görə təkcə işə girəndə yox, davamlı olaraq tibbi müayinədən keçməliyik. Etiraf edək ki, biz həkimə ancaq son anda, yəni xəstəlik şiddətlənəndə gedirik. Bu isə çox zaman müsbət nəticə vermir”.

Həkimin fikrincə, normal halda işçilər ildə bir dəfə tibbi müayinədən keçməlidir:

“Bu müayinə isə pulsuz olmalıdır. Çünki, işləyən adam özü və işlədiyi müəssisə hər ay sığorta pulu ödəyir. İşləməyən şəxslərin sığorta xərcini isə dövlət qarşılayır. Ona görə hər bir vətəndaş yaxşı olar ki, ən azı ildə bir dəfə tibbi müayinədən keçsin”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO