"Sülh danışıqlarından başqa yolumuz qalmayıb" - Paşinyanın ETİRAFI

Hazırda oxunan: "Sülh danışıqlarından başqa yolumuz qalmayıb" - Paşinyanın ETİRAFI

156301

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarına getməyə məcbur olduqlarını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.

Onun sözlərinə görə, Ermənistan müstəqillik və dövlətçilik naminə bu çətin sülh yolundan keçməlidir.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş təyin edildi.

Hazırda Yevlaxda keçirilən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO