Dörd tibb müəssisəsində 40 yaş üstü 513 nəfərə vaksin vurulub – TƏBİB bayram edir

Dörd tibb müəssisəsində 40 yaş üstü 513 nəfərə vaksin vurulub – TƏBİB bayram edir

Hazırda oxunan: Dörd tibb müəssisəsində 40 yaş üstü 513 nəfərə vaksin vurulub – TƏBİB bayram edir

15614

Xəbər verdiyimiz kimi 22 mart tarixindən etibarən Azərbaycanda  40 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılıb.

Bayram günləri də vətəndaşların vaksinasiya olunması prosesi davam edir.

Dünən A.H.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikası 40 - yaşdan yuxarı 102 nəfər şəxs peyvəndlənib.

 

MÖVZU İLƏ BAĞLI:

Bayram günləri vaksinasiya işləri DAYANDIRILMAYIB 


Bundan başqa, 2 nömrəli Şəhər Poliklinikası - 100, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası 155, Sumqayıt şəhəri 3 nömrəli Şəhər Poliklinikasında 156 nəfər  vətəndaşa koronavirus əleyhinə vaksinlər vurulub.

Qeyd edək ki, Azərbaycanda vaksinasiya aparan tibb müəssisələrinin 4 ilə əlaqə saxlaya bildik.

Bu nəticələr isə 4 müəssisəyə aiddir. Ümumi statistikanı dəqiqləşdirmək isə mümkün olmadı. TƏBİB, Səhiyyə Nazirliyi və başqa səlahiyyətli qrumlar bayram edir.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO