Britaniya vətəndaşı Azərbaycan polisinə təşəkkür etdi – SƏBƏB - VİDEO

Britaniya vətəndaşı Azərbaycan polisinə təşəkkür etdi – SƏBƏB - VİDEO

Hazırda oxunan: Britaniya vətəndaşı Azərbaycan polisinə təşəkkür etdi – SƏBƏB - VİDEO

15612

Bakının Səbail rayonunda müvəqqəti yaşayan Böyük Britaniya vətəndaşı Alan Nyubigging Kameron polisə müraciət edərək bildirib ki, qaldığı evdə qapının açıq olmasından istifadə edən naməlum şəxs onun içərisində 250 manat, bank kartları, sənədlər olan pul kisəsini və 1 ədəd “İphone-12” markalı telefonunu oğurlayıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, şikayət ərizəsi daxil olan kimi Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxlsərin axtarışlarına başlanılıb.

 

MÖVZU İLƏ BAĞLI:

Oğurluq edən şəxslər saxlanıldı - FOTOLAR


Bölmə əməkdaşlarının qısa zamanda “isti” izlərlə keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Y.Məmmədova və E.Nəsrəddinova saxlanılıblar. Onlar ifadələrində etdikləri cinayəti etiraf ediblər.

Qeyd edək ki, həmin şəxslərdən oğurluq yolu ilə əldə etdikləri mobil telefon, içərisində sənədlər, eləcə də bank kartları olan pul kisəsi aşkar olunaraq sahibinə geri qaytarılıb.

Saxlanılan şəxslər barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Zərərçəkən xarici ölkə vətəndaşı oğurlanan əşyalarının qısa zamanda tapılaraq ona geri qaytarılmasında göstərdikləri operativliyə və onun müraciətinə belə həssas yanaşdıqlarına görə polis əməkdaşlarına təşəkkürünü bildirib.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO