Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışanların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, 2022-ci il üzrə həmin şəxslərin sayı 14 276 nəfər olub.
Onların 8071-i sənaye, 640-ı tikinti, 5272-si nəqliyyat və anbar təsərrüfatı, 293-ü isə informasiya və rabitə sektorunda çalışanlardır.
Ötən il üçün əməyin təhlükəsizliyi tələblərinə uyğun olmayan avadanlıqlarda işləyənlər isə 1209 nəfər təşkil edib. Onların 1131-i sənaye, 68-i isə informasiya və nəqliyyat sektorunda çalışanlardır.
Həmçinin iş yerində sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlər 24 400 nəfər olub. Onların 15879-u sənaye, 4188-i tikinti, 4031-i nəqliyyat və anbar təsərrüfatı, 302-i isə informasiya və rabitə sektorunda çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:24 / 18.09.2023
Ağır və zərərli olan işlərdə çalışanların sayı AÇIQLANDI
Hazırda oxunan: Ağır və zərərli olan işlərdə çalışanların sayı AÇIQLANDI
Hazırda oxunan: Ağır və zərərli olan işlərdə çalışanların sayı AÇIQLANDI
155745
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.