Mirsaleh Seyidov yaxın dostuna yüksək vəzifə verdi - FOTO

Mirsaleh Seyidov yaxın dostuna yüksək vəzifə verdi - FOTO

Hazırda oxunan: Mirsaleh Seyidov yaxın dostuna yüksək vəzifə verdi - FOTO

155620

Xətai rayon İcra və probasiya şöbəsinin rəisi Vüqar Qasımov Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin olunub. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, onun qurumda mühüm şöbələrdən birinə rəhbərlik edəcəyi bildirilir. 

Qeyd edək ki, Vüqar Qasımovun  Penitensiar Xidmətin yeni rəisi Mirsaleh Seyidovla yaxın dostluq münasibətləri mövcuddur.

Vüqar Qasımov bir neçə il bundan əvvəl Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəsissəsində əməliyyat-rejim şöbəsinə rəhbərlik edib. Sonra naməlum səbəblərə görə həmin xidmətdən uzaqlaşaraq, İcra və probabsiya strukturunda müxtəlif vəzifələrdə çalışıb. 

Maraqlıdır ki, Vüqar Qasımovun təyinatı ilə bağlı Penitensiar Xidmət heç bir açıqlama verməyib. Qeyri iş günü olduğu üçün bu təyinatla bağlı qurumun münasibətini öyrənə bilmədik.Vüqar Qasımov isə zənglərimizə cavab vermədi. 

Xatırladaq ki, Vüqar Qasımov Bakının  Nizami rayonun sabiq icra başçısı Arif Qasımovun kiçik qardaşıdır.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO