Heydər Əliyev Sarayı müsabiqə elan etdi - AZƏRBAYCANDA İLK

Heydər Əliyev Sarayı müsabiqə elan etdi - AZƏRBAYCANDA İLK

Hazırda oxunan: Heydər Əliyev Sarayı müsabiqə elan etdi - AZƏRBAYCANDA İLK

15560

Azərbaycanda ilk dəfə Heydər Əliyev Sarayının nəzdində “Prodüser mərkəzi” yaradılıb. 
Sarayın mətbuat katibi Aytac Bağırlı Bizim.Media-ya bildirib ki, mərkəz tamamilə ödənişsiz fəaliyyət göstərəcək.

“Artıq müsabiqə mərhələsinə start verilib. Müsabiqə aprel ayının 20-də yekunlaşacaq. Müsabiqə mərhələsindən uğurla keçən istedalı gənclərin yaradıcılığına tamamilə ödənişsiz dəstək veriləcək”.

 

MÖVZU İLƏ BAĞLI:

Heydər Əliyev Sarayına yeni direktor təyin olunub


Məlumat üçün bildirək ki, mərkəzdə 16-22 yaş arasında caz, estrada, klassik vokal, instrumental ifaçılıq və rəssamlıq üzrə istedadlı gənclərə 3 il müddətində dəstək veriləcək.

“Prodüser Mərkəz”i həmin gənclərin repertuarlarının hazırlanmasını, səs yazılışlarını, vokal dərslərini, səhnə hərəkətlərini, fitnes xidmətini, imic və stilistikasının formalaşmasını, klip çəkilişlərini, yerli və beynəlxalq tədbirlərdə, festivallarda və səs yarışlarında iştirakını təmin edəcək.

Layihənin ideya müəllifi sarayın direktoru Ramil Qasımovdur.

“Prodüser Mərkəz”i Mədəniyyət Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərəcək. Müsabiqədə iştirak etmək istəyənlər (050) 493-55-11 (whatsApp, Telegram) nömrəsinə özü haqqında ətraflı məlumat, şəxsiyyət vəsiqəsinin surəti və bir dəqiqədən artıq olmamaq şərti ilə video materialı 20.04.2021 tarixinədək təqdim etməlidir.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO