Görkəmli kinorejissorun anadan olmasından 80 il ötür - FOTO

Görkəmli kinorejissorun anadan olmasından 80 il ötür - FOTO

Hazırda oxunan: Görkəmli kinorejissorun anadan olmasından 80 il ötür - FOTO

155561

Qax rayon S.Vurğun adına Mədəniyyət Mərkəzində görkəmli kinorejissor, ssenarist, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı Xamis Muradovun 80 illik yubileyi qeyd edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yubiley gecəsində rayon rəhbərliyi, müəssisə və təşkilat rəhbərləri, mədəniyyət işçiləri, ziyalılar və ictimaiyyət nümayəndələri, həmçinin görkəmli kinorejissorun ailə üzvləri iştirak edib.

Tədbirdə vurğulanıb ki, nəinki Azərbaycanın, eləcə də keçmiş sovetlər birliyinin kino mədəniyyəti tarixində özünəməxsus yeri olan kinorejissor Xamis Muradovun 80 illik yubileyinin onun doğulduğu Qax şəhərində keçirilməsinin şəhərin mədəni həyatı üçün çox əlamətdar hadisədir. Xamis Muradov Azərbaycan kinosunun “qızıl fondu”nu təşkil edən filmlərdə ekran həyatı verdiyi parlaq obrazlarla mədəniyyət xəzinəmizi zənginləşdirib. 

Ölkə rəhbərliyinin sənət adamlarına göstərdiyi diqqətdən Xamis Muradov da kənar qalmayıb, Azərbaycan kinosunun inkişafında xidmətlərinə görə 2000-ci ildə “Əməkdar incəsənət xadimi”, 2005-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2012-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Çıxış edənlər Xamis Muradovun Azərbaycan kinosu tarixində önəmli mövqeyindən söz açaraq sənətkarla bağlı xatirələrini bölüşüb, onun sənətdəki xüsusi yerindən bəhs edib.
Yubiley gecəsində həmçinin Xamis Muradovun sənət dostlarının yubilyara təbrik videomüraciətləri təqdim edilib.

Sonda Xamis Muradov yaradıcılığına göstərilən yüksək diqqətə görə hər kəsə öz minnətdarlığını bildirib.










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO