Şəhid anası məktəb direktoru təyin EDİLDİ – FOTO  

Şəhid anası məktəb direktoru təyin EDİLDİ – FOTO  

Hazırda oxunan: Şəhid anası məktəb direktoru təyin EDİLDİ – FOTO  

155434

Vətən müharibəsi şəhidi Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva məktəb direktoru təyin edilib. 

Bizim.Media  xəbər verir ki, şəhidin anası Tərtər rayon Talış kənd tam orta məktəbinin direktoru vəzifəsinə təsdiqlənib. 

Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. 

Bildirilir ki, A.Mirzəyeva daha əvvəl uzun müddət Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyib. 

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Rəşad Mirzəli 2020-ci il oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Gizir R.Mirzəli ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, və “Hərbi xidmətə görə” medalları ilə təltif edilib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO