Xaçmazda körpünün uçmasından sonra 2 nəfər xilas EDİLDİ - FOTO 

Xaçmazda körpünün uçmasından sonra 2 nəfər xilas EDİLDİ - FOTO 

Hazırda oxunan: Xaçmazda körpünün uçmasından sonra 2 nəfər xilas EDİLDİ - FOTO 

155292

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpünün uçması barədə məlumat daxil olub. 

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal FHN-in Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda körpü UÇDU: Maşın çaya DÜŞDÜ - FOTO/VİDEO


İlkin məlumata əsasən, xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla 2 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. 

Əlavə məlumat veriləcək.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO