Oğuzda FİLM KİMİ QƏTL – Kirvəsini öldürmək istəyirdi, güllə özünə tuş gəldi – FOTO   

Oğuzda FİLM KİMİ QƏTL – Kirvəsini öldürmək istəyirdi, güllə özünə tuş gəldi – FOTO   

Hazırda oxunan: Oğuzda FİLM KİMİ QƏTL – Kirvəsini öldürmək istəyirdi, güllə özünə tuş gəldi – FOTO   

155272

Oğuz rayonunda qətl hadisəsi törədilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Hadisə rayonun Mollalı kəndinə yaxın meşəlik ərazidə baş verib.  

Hadisənin qısa təfərrüatı. 

Mollalı kənd sakini 33 yaşlı Toğrul Kərimovla həmkəndlisi 31 yaşlı Pərvin Məmmədov yaxın dost və kirvə olublar. Toğrul bir müddət idi ki, dostunun ona borclu olması və ala bilməməsindən qəzəbliymş. Bir neçə dəfə mübahisələri düşübmüş. Üç gün əvvəl Toğrul dostu Pərvini meşəlik əraziyə gəzmək adı ilə aparır. Lakin məqsədi başqaymış.   

Toğrulu öldürüb elə oradaca basdırmağı, meyitini gizlətməyi planlayıb. Hətta bu məqsədlə əvvəldən qəbir yeri də qazıbmış. 

Kirvə yaxud dostunu aldadıb hadisə yerinə aparır. 

Hadisə yerinə gəlincə Pərvin Məmmədov nə baş verdiyini və baş verəcəyini anlamayıb. Sadəcə dostu onu bir bəhanə ilə cinayətin baş verəcəyi yerə gətirir. Burada onlar aralarındakı pul məsələsini yenidən müzakirə edir. Və beləcə mübahisə davaya çevriləndə Toğrul özü ilə gətirdiyi silahı işə salmağa çalışır. Lakin Pərvin cəld tərpənir və silahın lüləsini çevirə bilir.

Nəticədə tüfəngdən açılan qəfil atəş Toğrul Kərimovun qarın boşluğuna dəyir və o, hadisə yerində vəfat edir.  

Dostuna qazdığı qəbr özünə qismət oldu.   

Hadisədən sonra Pərvin Məmmədov dostunun onun üçün qazdığı qəbirdə həmkəndlisini basdırır və hadisəni gizlədir. Ta ki, rayon hüquq-mühafizə orqanları əməkdaşları Toğrulun itkin düşdüyünü bilənə kimi. Rayon polis şöbəsində əməliyyat-axtarış qrupu yaradılır və Toğrulla əlaqəli hər kəs araşdırılır. Nəhayət əməliyyatçılar cinayətin izinə düşə bilir. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən Pərvin Məmmədov saxlanılır.  

Etiraf… 

İlkin ibtidai istintaqda Pərvin Məmmədov törətdiyi cinayət əməlini etiraf edir və hadisənin törədildiyi yeri hüquq-mühafizə orqanları əməkdaşlarına göstərir.  Cinayətin baş verdiyi yer tədqiqatçı və müstəntiq tərəfindən Pərvin Məmmədovun iştirakı ilə bir daha araşdırılır, istintaq hərəkətləri aparılır. Hadisə yeri tədqiq olunandan sonra meyit qəbirdən çıxarılaraq aidiyyatı üzrə mərhumun yaxınlarına təhvil verilir.  
Faktla bağlı cinayət işi açılıb. Qətlin təfərrüatları araşdırılır.  
















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO