Sentyabr döyüşlərində şəhid olan Səid Həsənovun ev muzeyi AÇILDI

Sentyabr döyüşlərində şəhid olan Səid Həsənovun ev muzeyi AÇILDI

Hazırda oxunan: Sentyabr döyüşlərində şəhid olan Səid Həsənovun ev muzeyi AÇILDI

155194

Cəlilabad rayonunun Əsədli kəndində şəhid gizir, Vətən müharibəsi iştirakçısı Səid Həsənovun anım günüdə xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev muzeyin açılışı olub.

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, muzeyin açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələri, rayon ziyalıları, yerli sakinlər, şəhid ailələri, qazi və veteranlar iştirak ediblər.

Çıxışlarda torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın valideynlərinə təşəkkür edilib. Cəmiyyətimizin hər zaman şəhidlərin ailə üzvlərinin yanında olacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, Səid Həsənov ötən ilin sentyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Prezident Ali Baş Komandan İlham Əliyev tərəfindən "Azərbaycan bayrağı" ordeni, "Döyüşdə fərqlənməyə görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Elşən Feyzullayev, Bizim.Media, cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO