DİQQƏT: “WhatsApp” hesabları ƏLƏ KEÇİRİLİR – “Anonim mesaj alsanız...” – FOTO

DİQQƏT: “WhatsApp” hesabları ƏLƏ KEÇİRİLİR – “Anonim mesaj alsanız...” – FOTO

Hazırda oxunan: DİQQƏT: “WhatsApp” hesabları ƏLƏ KEÇİRİLİR – “Anonim mesaj alsanız...” – FOTO

155164

Son zamanlar “WhatsApp” və digər tətbiqlərdə istifadəçilərin hesablarının kütləvi şəkildə ələ keçirilməsi halları baş verir. Həmçinin vətəndaşlara müxtəlif mənbələrdən gələn mənşəyi bilinməyən anonim mesajların sayı da artmaqdadır.

Sakinlərdən redaksiyamıza daxil olan müraciətlərə görə, son bir neçə gün ərzində ölkəmizin əksər vətəndaşlarına bu tipli mesajlar gəlməkdə davam edir. Ən çox kommersiya, tanışlıq və hərbi sirri əldə etməyə istiqamətlənmiş anonim mesajlara təəssüf ki, aldananlar da az deyil.

Eyni zamanda mobil telefonlara göndərilən mesajlar vətəndaşların pul vəsaitlərinin oğurlanmasına da səbəb olur.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ləman Hüseynzadə hər kəsi anonim mesajlara reaksiya verməməyə çağırıb. O, deyib ki, elə bu səbəbdən Elektron Təhlükəsizlik Xidməti mobil operatorlarla birgə vətəndaşlara maarifləndirici SMS-lər göndərir:

“SMS-lər vasitəsilə vətəndaşları sosial şəbəkə, e-poçt, WhatsApp və digər ani mesajlaşma tətbiqlərində hesabların təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirməyə çağırırıq.

Müxtəlif tətbiq və platformalarda ikimərhələli təsdiqləməni aktivləşdirmək üçün təlimatlarla Elektron Təhlükəsizlik Xidmətinin YouTube kanalına daxil olaraq tanış olmaq mümkündür”.

Ləman Hüseynzadə onu da əlavə edib ki, Elektron Təhlükəsizlik Xidməti gələcəkdə də vətəndaşlara mövcud kibertəhlükələr barədə məlumatlandırıcı və maarifləndirici SMS-lər göndərməyə davam edəcək.


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO