Jurnalist Mübariz Əhmədov vəfat etdi

Jurnalist Mübariz Əhmədov vəfat etdi

Hazırda oxunan: Jurnalist Mübariz Əhmədov vəfat etdi

155084

Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin müəllimi, jurnalist Mübariz Əhmədov vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Onun ölümünə infarktın səbəb olduğu deyilir.

Qeyd edək ki, Mübariz Əhmədov 2003-2006-cı illərdə Bakı Dövlət Universitetində, 2008-2012-ci illərdə Bakı Avrasiya Universitetində və nəhayət 2009-cu ildən indiyədək, əvvəlcə Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin Yeni media və kommunikasiya texnologiyaları kafedrasında baş müəllim vəzifəsində, sonra islahatlarla əlaqədar olaraq BSU-nun Azərbaycan filologiyası və Jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti, daha sonra yeni islahatlara əsasən BSU-nun Beynəlxalq Münasibətlər, Regionşünaslıq və Jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti vəzifəsində çalışıb.

2013-cü ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq institutunun Etika və estetika şöbəsinin dissertantı kimi “Jurnalist etikasının problemləri” mövzusunda dissertasiya işini müdafiə edərək, 2014-cü ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi və 2018-ci ildə dosent elmi adı alıb.

Xatırladaq ki, Mübariz Əhmədov uzun müddət Rusiyanın Vladivostok şəhərində yaşayıb, Azərbaycan diasporunun fəallarından biri olub. 1998-ci ildə Uzaq Şərq Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olub. O, hələ tələbəlik illərində Vladivostok şəhərində "Avanqard" adlı qəzetlə əməkdaşlıq edərək, ictimai müxbir kimi fəaliyyətə başlayıb. Vətənpərvərliyi ilə seçilən Mübariz Əhmədov yaşadığı şəhərdə "Primoriya Azərbaycan Diasporu" ictimai təşkilatının yaradılmasında yaxından iştirak edib və bu təşkilatın idarə heyətinin üzvü, eləcə də mətbuat xidmətinin rəhbəri olub. 18 may 1999-cu ildə isə Vladivostokda "Azərbaycan" ictimai-siyasi və mədəni-maarif tematikalı müstəqil qəzet təsis edərək, onun baş redaktoru kimi peşəkar fəaliyyətini davam etdirib.

Onun jurnalist və diaspor fəaliyyəti haqda AzTV-də dəfələrlə veriliş hazırlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO