Xaçmazda şəhid Elnur Rüstəmovun anım mərasimi keçirilib - FOTO 

Xaçmazda şəhid Elnur Rüstəmovun anım mərasimi keçirilib - FOTO 

Hazırda oxunan: Xaçmazda şəhid Elnur Rüstəmovun anım mərasimi keçirilib - FOTO 

155046

Xaçmazın Əbilyataq kəndində 2022-ci il sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistanla dövlət sərhədində şəhid olmuş Elnur Rüstəmovun anım mərasimi keçirilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhid olmasının ildönümü günündə ailəsi ilə görüşə gələn rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, sakinlər Elnur Rüstəmovu məzarı başında hörmətlə anıblar. 

Çıxış edənlər Elnur Rüstəmov və silahdaşlarının düşmən təxribatının qarşısını alarkən göstərdikləri igidlikdən ətraflı danışıb, məzarı önünə tər güllər düzüblər.  








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO