Qarabağın ən böyük meşəsi ekoloji fəlakətlə ÜZ-ÜZƏDİR – RƏSMİ AÇIQLAMA/FOTO 

Qarabağın ən böyük meşəsi ekoloji fəlakətlə ÜZ-ÜZƏDİR – RƏSMİ AÇIQLAMA/FOTO 

Hazırda oxunan: Qarabağın ən böyük meşəsi ekoloji fəlakətlə ÜZ-ÜZƏDİR – RƏSMİ AÇIQLAMA/FOTO 

155000

Soltanbud meşəsi Qarabağ bölgəsinin qədim və böyük  yaşıllıq massivlərindən biridir. İllər əvvələ qədər meşə zolağı sıxlığı ilə də fərqlənib. Yaşlı nəslin nümayəndlərinin eşitdiklərinə görə, meşə bir neçə rayonun ərazisini əhatə etməklə zəngin faunaya malik olub. Hətta qocalar ta keçmişdə burada bəbirlərə də rast gəlindiyini bildirirlər. 

Hazırda isə burada adda-budda quru ağaclara, bir də leş didən sahibsiz itlərə rast gəlinir. Sahənin böyük hissəsinin ağacları ya kütləvi şəkildə doğranaraq məhv edilib, ya da susuzluq ucbatından qurumağa məhkum edilib. 

Ağdam rayonun Qərvənd və Bərdə rayonun Şahvəlilər kəndi ərazisində, Xaçınçay çayının sahili boyunca uzanan yaşıllıq zolağının nə sıxlığı, nə də yaşıllığı qalıb. Səbəb isə susuzluqdur.

Ərazidə yaşayan sakinlər meşənin məhv olmasından narahatdır. Onlar deyir ki, yaşayış yerlərinə yaxın ərazilər suvarıldığı üçün demək olar yaşlı və yeni pöhrə vermiş ağaclar yaxşı inkişaf edir. Lakin, sözün əsl mənasında gözdən və könüldən uzaq hissələri günü-gündən seyrəlir. 

Kadrlardan da göründüyü kimi ekoloji fəlaktlə üz-üzə qalan meşəyə ya nəzarət olunmur, ya da bura nəzarət edənlər baş verənlərə biganə yanaşır.

Günü-gündən seyrələn meşənin bəzi yerləri isə düzən əraziyə çevrilib. Burada doğranmış kötük qalıqlarını çıxsaq, ağaca belə rast gəlmək mümkün deyil. 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, Soltanbud meşələri 13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisinə daxildir və meşə sahəsində mövcud meşə qanunvericiliyinin tələblərinə uyğun olaraq sanitar qırıntı aparılaraq qurumuş ağaclar götürülür, oduncaq tədarük olunaraq hərbi hissələrə və məktəblərə verilr:

“Erməni tərəfinin uzun illərdir ki, Sərsəng su anbarından suyu qəsdən kəsməsi səbəbindən Soltanbud meşələrini qidalandıran Xaçın və Tərtər çaylarının su ehtiyatı tamamilə azalıb, qrunt sularının səviyyəsi aşağı düşüb, subartezian quyuları susuz qalıb. Nəticədə Soltanbud  meşəsində ağacların tədricən quruması baş verib”. 
Cabbar Qəribov əlavə edib ki, hər il qışa hazırlıq məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində köküstə qurumuş, bioloji inkişafdan qalmış və yıxılmış ağaclar Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə, təhsil, səhiyyə müəssisələrinə və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinə verilmək məqsədilə tədarük edilir.




















Elgün Gəncimsoy, Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO