Xaçmazda ev YANDI  

Xaçmazda ev YANDI  

Hazırda oxunan: Xaçmazda ev YANDI  

154745

Xaçmazın Nərəcan kəndində ev yanıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə gecə saatlarında baş verib. 

60 yaşlı kənd sakini Səməndər Hüseynova məxsus 1 mərtəbəli 3 otaqlı ev əşyaları ilə birgə yanıb.

Ümumi sahəsi 80 kvadratmetr olan evin 70 kvadratmetri yanıb, hadisə yerinə gələn yanğınsöndürənlər evin cəmi 10 kvadratmetrini alovun cəngindən xilas edə biliblər. Yanğının başvermə səbəbləri açıqlanmır. Araşdırma başlanılıb. 

Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO