Ankarada Kərim Vəliyev Türkiyənin ordu generalı ilə görüşdü - FOTO

Ankarada Kərim Vəliyev Türkiyənin ordu generalı ilə görüşdü - FOTO

Hazırda oxunan: Ankarada Kərim Vəliyev Türkiyənin ordu generalı ilə görüşdü - FOTO

154655

Ankarada Azərbaycan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak arasında görüş olub.

Bizim.Media xəbər verir ki, M.Gürak azərbaycanlı həmkarını rəsmi mərasimlə qarşılayıb.

Daha sonra tərəflər arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib.

Qeyd edək ki, sentyabrın 11-də K.Vəliyevin Türkiyəyə rəsmi səfəri başlayıb. Səfər M.Gürakın dəvətilə həyata keçiilir.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.

Səfər çərçivəsində hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO