Bakıda yeni alınan avtomobilin üzərinə mişar daşı atıblar - VİDEO

Bakıda yeni alınan avtomobilin üzərinə mişar daşı atıblar - VİDEO

Hazırda oxunan: Bakıda yeni alınan avtomobilin üzərinə mişar daşı atıblar - VİDEO

154538

Bakı sakininin yeni aldığı son model avtomobilinin üzərinə mişar daşı atılıb və maşına ziyan vurulub.

Bizim.Media xəbər verir ki, bu iddia ilə paytaxt sakini Ramal İsayev çıxış edib.

O, axşam saatlarında Binəqədi rayonu, Atatürk prospektində yaşadığı binanın qarşısında avtomobilini park edərək evinə gedib. Bir saatdan sonra ona qonşular məlumat verib ki, maşının üstünə mişar daşı atıblar.

Zərərçəkmiş Ramal İsayev heç kimlə şəxsi ədavətinin olmadığını deyir. Amma o iddia edir ki, ''Avtomir N1'' mağazasının sahibi ilə avtomobili yaşadığı binanın qarşısında park etmək üstündə mübahisə etdikdən sonra belə hadisə baş verib.

Zərərçəkmiş polisə də məlumat verib. Əraziyə 5-ci polis bölməsinin əməkdaşları gələrək baxış keçiriblər.

Məsələ Daxili İşlər Nazirliyinin də nəzarətindədir. DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov  bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır və əmələ hüquqi qiymət veriləcək.

Daha ətraflı videomaterialda:
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO