Yolkənarı “HÜQUQ” XİDMƏTLƏRİ – Qanunsuz fəaliyyət GÖSTƏRİRLƏR? 

Yolkənarı “HÜQUQ” XİDMƏTLƏRİ – Qanunsuz fəaliyyət GÖSTƏRİRLƏR? 

Hazırda oxunan: Yolkənarı “HÜQUQ” XİDMƏTLƏRİ – Qanunsuz fəaliyyət GÖSTƏRİRLƏR? 

154100

Şəhərin bir çox yerində müxtəlif cür hüquqi xidmət bürolarına rast gəlmək olar. Lakin belə xidmətlərdən yararlanarkən aldanmaq riskini də gözə almaq lazımdır.

Digər sahələrdə olduğu kimi bu sahədə də fırıldaqçılıq halları baş verir. Təbii ki, bəziləri vəkil axtararkən saxtakarlara rast gəlir, bəzilərinin də yüksək miqdar pulu batır.

Maraqlısı odur ki, əksəriyyət hüquqi xidmətlərdən yararlandığı halda onun rəsmi olmasına yox, daha çox məbləğinə önəm verir. Nəticədə isə aldanma halları baş verir.

Bəs ayrıca fəaliyyət göstərən hüquqi xidmətlərə necə güvənmək olar?

Bizim.Media-nın sualını cavablandıran hüquqşünas Əsabəli Mustafayevin sözlərinə görə, vəkillik fəaliyyəti Azərbaycan Vəkillər Kollegiyasının üzvü olan şəxslər tərəfindən aparıla bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Məhkəmələrin adından saxta sənədlər hazırlayan şəxs SAXLANILDI 


Bu şəxslər VÖEN ilə də hüquqi məsləhətçi kimi fəaliyyət göstərə bilərlər:

“Bəzən rast gəlirik ki, yol kənarında, ümumi ofislərin bir hissəsində hüquqi xidmətlər göstərilir. Vəkil hüquqi xidmət göstərmək üçün vəkillər kollegiyasının üzvü olmasa da, gərək VÖEN-lə fəaliyyət göstərsin.

VÖEN-lə xidmət göstərməklə isə vəkillik fəaliyyəti olmur. Onlar ən çox hüquqi məsləhət verə, yaxudda da hansısa bir ərizə yaza bilər. Qanunsuz vəkillik fəaliyyəti inzibati xəta əməli sayılır və buna görə məsuliyyətə cəlb olunurlar.

Ancaq VÖEN varsa, bu sahədə çalışan şəxslər qeyd olunan xidmətləri göstərə bilərlər. Hüquqşünasın sözlərinə görə, məhkəmələrlə işləməyənlərin işinin keyfiyyətində müəyyən şübhələr yaranır.

Təəssüf ki, qeyri-professional hüquqi xidmət göstərənlər var. Belə ofislərin görüntüsündən də bilmək olar ki, rəsmi yoxsa gizli fəaliyyət göstərirlər. Çünki qeyri-rəsmi olanlar adətən öz ofislərinin üzərində reklam yerləşdirməkdən çəkinir. Görünür ki, həmin obyektlərin üzərində rəsmi sənəd var.

Seçim edən şəxs diqqətli olmalı, rəsmi və güvənilən yerə etibar etməlidir. Cinayət üzrə məhkəmələrdə iştirak edən şəxs, həmin təcrübəni həm nəzəri, həm də praktiki olaraq bilir”.

Ə.Mustafayevin sözlərinə görə özfəaliyyət göstərən hüquq xidmətlərinin normallaşması üçün dövlət qulluğuna qəbulu çoxaltmaq, yaxud da Vəkillər Kollegiyası üçün müraciətdə staj tələbini azaltmaq lazımdır.
 “Hüquq təhsili olan hər kəs vəkil ola bilmir, yaxud hüquq mühafizə orqanlarında iş tapmır. Məcburdurlar ki, belə yolla pul qazansınlar. Hökumət də bunu nəzərə almalıdır ki, həmin şəxslər də iş fəaliyyəti göstərməlidir.

Vəkillik Kollegiyasına üzv olmaq üçün də 3 illik təcrübə tələb olunur. Bu müddətin müəyyən qədər azaldılması nəzərdə tutulsa da ən azından təcrübə olması, yəni fəaliyyət göstərməsi mütləqdir”.

Sonda hüquqşünas ekspert vurğulayıb ki, insanlar verlişə çıxan hüquqşünaslara üz tutur və düşünür ki, onlar daha yaxşıdır.

Əksər hallarda isə yanılırlar:

“İnsanlar özləri seçimi dəqiq etməlidir. Televiziya verilişlərinə dəvət olunan hüquqşünasların bəziləri vəkil deyil, hüquq sahəsində praktiki olaraq işləmirlər.

Hərdən eşidirik ki, onların qiymətləndirməsi, verdiyi məsləhətlərdə nöqsanlar olur ki, bu da onlarin iş təcrübəsinin olmamasından irəli gəlir və bu, insanları aldadır. Televiziya aparıcıları da diqqətli olmalı, efirə iş təcrübəsi, nəzəri bilikləri olan şəxsləri cəlb etməlidir ki, tamaşaçılar doğru məsləhət alsınlar”.

Röyanə Oğuz, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO