Obyektlərin tikintisi üçün təqdim edilən sənədlərin siyahısı DƏYİŞDİ 

Obyektlərin tikintisi üçün təqdim edilən sənədlərin siyahısı DƏYİŞDİ 

Hazırda oxunan: Obyektlərin tikintisi üçün təqdim edilən sənədlərin siyahısı DƏYİŞDİ 

153981

“Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”na dəyişiklik edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, bir sıra sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir.

Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 
Nəzərdə tutulan fəaliyyətlə bağlı tikintiyə icazə alınması üçün dövlət ekoloji ekspertizası rəyi Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-1-ci maddəsinə uyğun olaraq tikintiyə icazə verən orqan (qurum) tərəfindən əldə edilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO