"Hazırda məktəbə telefon gətirməklə bağlı qadağa yoxdur. Amma bu məktəbin daxili qaydası ilə həyata keçirilə bilər" .
Bizim.Media xəbər verir ki bunu Elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə telefon şagirdin şəxsi əmlakıdır:
MÖVZU İLƏ BAĞLI:
“Bu il Qarabağda 780 şagird təhsil alacaq” – Emin Əmrullayev
"Telefonu şagirdin əlindən alıb hara qoyaq? Ümumiyyətlə bu məsələ ilə bağlı təhlil aparılmaldır.
Bəli, dərs zamanı telefondan istifadə etmək olmaz. Amma məktəbə gətirilməməsi ilə bağlı qayda və norma işlənməlidir. Gələcəkdə məktəbə telefon gətirilməsi qadağan oluna bilər. Amma indiki halda bu, mümkün deyil"- deyə nazir əlavə edib.
Alçina Amilqızı, Bizim.Media