Şəkər tozu ilə bağlı XƏBƏRDARLIQ – “Tərkibindəki qatqılar xərçəngə səbəb ola bilər”

Şəkər tozu ilə bağlı XƏBƏRDARLIQ – “Tərkibindəki qatqılar xərçəngə səbəb ola bilər”

Hazırda oxunan: Şəkər tozu ilə bağlı XƏBƏRDARLIQ – “Tərkibindəki qatqılar xərçəngə səbəb ola bilər”

153941

Marketlərdə gördüyümüz bir neçə çeşid səkər tozu həm qiymətinə, həm də keyfiyyət meyarına görə bizi seçim qarşısında qoyur.

Əlbəttə ki, əksəriyyətimiz daha ucuz olanına üstünlük veririk. Mütəxəssislər bildirir ki, şəkər tozunun tərkibinə daxil olan qatqı maddələri insanlarda ciddi problemlərin mənbəyi ola bilər.

Qida mütəxəssisi Asim Vəlinin sözlərinə görə, şəkər istehsalında müxtəlif səbəblərdən əlavə edilən qatqı maddələrinin bəziləri insan sağlamlığı üçün olduqca zərərli ola bilir:

“Bəzi qatqı maddələri allergik reaksiyalar və astma simptomlarına səbəb olur. Bəzi qatqı maddələri isə uşaqlarda hiperaktivliyə və diqqət çatışmazlığı kimi davranış pozuntularına səbəb olur.
 

MÖVZU İLƏ BAĞLI:

Çayımız niyə ŞİRİN olmur? – “Pesok”a qatılan “ağ ölüm”


Həmçinin bəzi qatqı maddələri kanserogen təsirlərə də malik ola bilir. Məsələn bəzi rəngləndiricilər kanserogen ola bilir və ehtiva etdikləri maddələr sağlamlıq problemlərinə gətirib çıxara bilir.

Dadlandırıcılar isə diabet, piylənmə (obezitə) və ürək xəstəliyi kimi sağlamlıq prolemlərinə gətirib çıxarır. Qatqı maddələri qidaların rəf ömrünü uzatmaq, rəng və görünüşünü yaxşılaşdırmaq və qida dəyərini artırmaq üçün də istifadə olunur”.

Ekspert bildirir ki, təbii orqanik istehsal edilən küp şəkər qatqı maddəsi ehtiva etmir. Seçim edərkən də istehlakçı olaraq etiket məlumatlarını diqqətlə oxumaq lazımdır:

“Bəzi istehsalçılar dad və aroma artırmaq üçün şəkərə qatqı maddəsi əlavə edir.Geniş istifadə olunan qatqı maddələrindən biri rəngləndiricilərdir. Şəkər istehsalında rəngləndiricidən məhsulun rəng tonunu nizamlamaq və estetik görünüşünü yaxşılaşdırmaq üçün istifadə olunur.

Digər bir qatqı maddəsi aromatizatorlardır. Bəzi istehsalçılar şəkərə aromatizator qataraq limon, portağal, nanə, vanil və s. kimi fərqli dadlar əldə edirlər.

Həmçinin şəkərin kristal görünüşünü qorumaq və uzun müddət dağılmadan qalması üçün də qatqı maddəsindən istifadə olunur. Bəzi ölkələr şəkər istehsalı zamanı GMO-lu (geni modifikasiya olunmuş) şəkər çuğunduru və şəkər qamışından da istifadə edir”
Ümumiyyətlə şəkər həyatımızın bir hissəsini tutduğu üçün, seçim edərkən diqqətli olmaq lazımdır. Keyfiyyətinə fikir vermədən aldığımız tərkibi bilinməyən şəkər tozu yaratdığı fəsadlarla ömrümüzü qısalda bilər.

Röyanə Oğuz, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO