“WhatsApp”da çoxdan gözlənilən YENİLİK

“WhatsApp”da çoxdan gözlənilən YENİLİK

Hazırda oxunan: “WhatsApp”da çoxdan gözlənilən YENİLİK

153908

"WhatsApp" tərtibatçıları "Android"də interfeysin kütləvi şəkildə yenidən dizaynına hazırlaşır.

Bizim.Media xəbər verir ki, "WhatsApp"da yeni interfeys 2.23.13.16 beta versiyasında aşkarlanıb.

Yeni dizaynda tərtibatçılar tünd yaşıl üst paneldən imtina edib. Bunun əvəzinə ağ fonda yaşıl "WhatsApp" yazısı görünəcək.

Messencerin yeni versiyasında "Söhbətlər", "Status" və "Zənglər" tabları aşağı naviqasiya panelinə köçürülüb və oraya "İcmalar" bölməsi əlavə edilib.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO