Sündü qəbiristanlığının TARİXİ – Abidə niyə rəsmi qeydiyyata ALINMAYIB? – FOTO 

Sündü qəbiristanlığının TARİXİ – Abidə niyə rəsmi qeydiyyata ALINMAYIB? – FOTO 

Hazırda oxunan: Sündü qəbiristanlığının TARİXİ – Abidə niyə rəsmi qeydiyyata ALINMAYIB? – FOTO 

153744

"Xızı rayonunun Baxşılı kəndi yaxınlığında, meşəli təpənin üzərində yerləşən köhnə məzarlıq el arasında "Sündü qəbiristanlığı" kimi tanınır. Bəzi sakinlərin dediyinə görə, məzarlığın "Sündü"adlanması, həmin ərazidə bir zamanlar sünnilərin yaşaması ilə bağlıdır. Bəziləri isə bu adı Qobustan rayonunda yerləşən Sündü kəndi ilə əlaqələndirir. 

Məzarlıqda yer alan məzar daşların stilistikasına və üzərindəki təsvirlərə görə Qəbələnin Xəzrə kəndində yerləşən orta əsrlərə aid qəbristanlığdakı məzar daşlarını xatırladır. Çox təəssüf ki, abidə 2022-ci ildə aşkar olunmağına baxmayaraq, hələ də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən rəsmi qeydiyyata alınmayıb". 

Bu fikirləri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Şabran regional idarəsinin sabiq rəisi Sabit Qurbanov Bizim.Media-ya açıqlamasında bildirib. 

Onun sözlərinə görə, qeydiyyatsız qalan təkcə bu abidə deyil. Ümumiyyətlə, 2021-2023-cü illər ərzində regional idarələr tərəfindən aşkar olunan 300-dən çox abidə indiyədək qeydiyyatdan keçməyib. Dövlət Xidməti elə bir təəssürat yaradır ki, sanki fəaliyyətini tam dayandırıb. 
Sözügedən iddialarla bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, qurum olaraq qarşıya qoyulan əsas vəzifələrdən biri də daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinin yenilənməsidir: 

“Son siyahı 2001-ci ildə təsdiq edilib. Həmin siyahının yenilənməsinə ciddi ehtiyac var. Çünki mövcud reyestrin hazırlanmasından uzun zaman keçib və o siyahıya daxil edilməyən xeyli sayda abidələr var. Eyni zamanda aparılmış təhlillər nəticəsində məlum olub ki, siyahıda bir sıra səhvlər, o cümlədən abidələrin adları, tarixləri və digər məlumatlarında uyğunsuzluq və çatışmazlıqlar var. 

Digər bir məqam abidələrin yerləşdiyi ünvanlarla bağlıdır. Məlum olduğu kimi, 2021-ci ildən sonra ünvan məlumatlarında bir sıra dəyişikliklər edilib. Bütün bu məqamlar reyestrin yenilənməsi zamanı nəzərə alınacaq.

Yeni reyestrin hazırlanması həm indiki siyahıya daxil edilməyən (yeni aşkarlanmış) abidələrin əlavə olunması, həm də faktiki siyahıda yer alan bəzi tarixi abidələrin məlumatlarının dəqiqləşdirilməsi, təkmilləşdirilməsi və yenilənməsini təmin edəcək. Bu istiqamətdə işlər davam etdirilir".   










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO