“Nəcməddin Sadıkovun qanunsuz tapşırıqlarını yerinə yetiriblər” – Məhkəmə İŞİ

“Nəcməddin Sadıkovun qanunsuz tapşırıqlarını yerinə yetiriblər” – Məhkəmə İŞİ

Hazırda oxunan: “Nəcməddin Sadıkovun qanunsuz tapşırıqlarını yerinə yetiriblər” – Məhkəmə İŞİ

153312

Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən sabiq vəzifəli şəxsləri - Fikrət Mirzəyev, Mahir Şirvanov və Məlikməmməd Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media “qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən ilk iclasda anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib. Müdafiə tərəfinin vəkilləri vəsatət qaldıraraq müvəkkillərinin ev dustaqlığına buraxılmalarını xahiş ediblər.Vəsatət onunla əsaslandırılıb ki, təqsirləndirilən şəxslər öz epizodları üzrə dövlətə dəymiş ziyanı tam ödəyiblər.

Bundan başqa, müttəhimlərin bəlli bir yaşayış yerləri var, həmçinin istintaqın gedişinə mane olmaq fikirləri yoxdur. Dövlət ittihamçısı vəsatətlərin təmin edilməsinin əleyhinə olub. Prokuror etirazını onunla əsaslandırıb ki, təqsirləndirilən şəxslər iştirakçılıqla xüsusilə külli miqdarda mənimsəmədə ittiham edilirlər.

Hazırki vaxta qədər isə iş üzrə dövlətə dəymiş ziyan tam ödənilməyib. Yaddaş üçün deyək ki, polkovniklərlə birgə Müdafiə Nazirliyinin maliyyə idarəsinin sabiq rəisi general Nizami Məmmədov da həbs edilib.
Gələn həftə onun məhkəməsi başlayacaq. Bu günə kimi ümumilikdə iş üzrə dövlətə dəymiş ziyanın 40 milyon manat təşkil edən hissəsi ödənilib. Məhkəmə vəsatətləri təmin etməyərək təqsirləndirilən şəxslərin həbsdə mühakimə edilməsinə qərar verib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO