Sertifikatlaşdırma imtahanının nəticələri AÇIQLANDI

Sertifikatlaşdırma imtahanının nəticələri AÇIQLANDI

Hazırda oxunan: Sertifikatlaşdırma imtahanının nəticələri AÇIQLANDI

153302

Avqustun 31-də ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər üçün keçirilmiş sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetinə göndərilib.

Bu barədə Bizim.Media-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib. Ölkə üzrə 13 şəhər olmaqla 22 imtahan mərkəzində təşkil olunan test imtahanlarında 2 154 müəllim iştirak edib.

Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanı nəticələri ilə tanış ola bilərlər.

Nəzərinizə çatdırırıq ki, müəllimlər test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlərini 4 sentyabr saat 11:00-a qədər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO