Siyəzəndəki qəzanın ilkin SƏBƏBİ AÇIQLANDI - ÖZƏL/FOTO

Siyəzəndəki qəzanın ilkin SƏBƏBİ AÇIQLANDI - ÖZƏL/FOTO

Hazırda oxunan: Siyəzəndəki qəzanın ilkin SƏBƏBİ AÇIQLANDI - ÖZƏL/FOTO

153297

Senyabrın 1-də Bakı-Quba yolunun Siyəzən şəhərindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə Dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3 maddəsi ilə cinayət işi açılıb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisəyə ilkin səbəb kimi “Vaz-2107” markalı avtomobilin yolda təmir getdiyindən Quba istiqamətinə gedən "Toyota Korolla" avtomobilin qarşısına çıxması olub. 

Nəticədə “Jiquli”nin sürücüsü, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 37 yaşlı Amit və 4 yaşlı oğlu Elnur Əmirlilər yerindəcə ölüb.

"Toyota Korolla" avtomobilinin sürücüsü, Bakı sakini, 49 yaşlı İslam Abasov və “Jiquli”də olan 6 sərnişin xəstəxanaya çatdırılıblar. 






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO