Bakıya qayıda bilməyən Aytən Səfərova: “Bizi İstanbul Hava Limanındakı otelə yerləşdiriblər” – ÖZƏL 

Bakıya qayıda bilməyən Aytən Səfərova: “Bizi İstanbul Hava Limanındakı otelə yerləşdiriblər” – ÖZƏL 

Hazırda oxunan: Bakıya qayıda bilməyən Aytən Səfərova: “Bizi İstanbul Hava Limanındakı otelə yerləşdiriblər” – ÖZƏL 

153295

Aparıcı Aytən Səfərova “İstanbul” hava limanında xoşagəlməz hadisə ilə üzləşib.

Bizim.Media xəbər verir ki, televiziya ulduzu İstanbuldan Bakıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin uçuşa gecikdiyini bildirib.

“Bir neçə saatdır, təyyarə reysindən xəbər yoxdur. Halbuki, təyyarə artıq səmaya qalxmalı idi.

Yüzlərlə sərnişin, böyüklü-kiçikli, əlilliyi olan, əliuşaqlılar "AZAL"ın nümayəndəsindən açıqlama gözləyir”, -deyə Aytən paylaşdığı videoda vurğulayıb.

Bir neçə saatdan sonra “Instagram” səhifəsində hava limanından növbəti paylaşım edən Səfərova uçuşun iki gündən sonra gerçəkləşəcəyini dilə gətirib:

“200 nəfər adama deyirlər ki, siz İstanbul Hava Limanında qalacaqsınız, iki gün sonra baxarıq. Bu qədər bilet pulu verilir. “AZAL”, öz vətəndaşınıza nə sayqısızlıqdır edirsiniz?”.

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Aytən Səfərova ilə əlaqə saxlayıb. Aparıcı bildirib ki, onlar ötən gecədən bu saata kimi hava limanında gözləmək məcburiyyətində qalıblar:

“Biz hələ də İstanbul Hava Limanındayıq. 200-ə yaxın vətəndaşımız “AZAL”dan rəsmi cavab gözləyir ki, nə zaman biz geri Bakıya dönəcəyik. Bizi bir neçə saat əvvəl hava limanında fəaliyyət göstərən otelə yerləşdiriblər. Burada gözləmək məcburiyyətində qalmışıq”.
 


Rəşad Əliyev, Bizim.Media
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO