Anası tərəfindən zibil qutusuna atılan körpə xəstəxanadan BURAXILDI 

Anası tərəfindən zibil qutusuna atılan körpə xəstəxanadan BURAXILDI 

Hazırda oxunan: Anası tərəfindən zibil qutusuna atılan körpə xəstəxanadan BURAXILDI 

153231

Ötən ay məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə xəstəxanadan buraxılıb. 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına gətirilən körpənin müalicələri yekunlaşıb. 

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, son olaraq müayinələrdən keçirilən körpənin səhhətində hər hansı narahatlıq aşkarlanmayıb, müalicələrdən sonra götürülən analizlərdə neqativ hal müşahidə olunmayıb, çəkisi 3 kiloqram 600 qramdan artıq olub. Müalicələri yekunlaşan körpə xəstəxanadan buraxılaraq 1 saylı Körpələr Evinə təhvil verilib. 
Xatırladaq ki, bir ay əvvəl Bakıda anası tərəfindən zibil qutusuna atılan 10-15 günlük körpənin tapılmasının görüntüləri yayılmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO