Ağdam-Əgəran-Xankəndi yoluna elektrik xətti ÇƏKİLİR 

Ağdam-Əgəran-Xankəndi yoluna elektrik xətti ÇƏKİLİR 

Hazırda oxunan: Ağdam-Əgəran-Xankəndi yoluna elektrik xətti ÇƏKİLİR 

153205

Ağdam-Əgəran-Xankəndi avtomobil yoluna 10 Kv-luq elektrik xətti çəkilir. 

Bizim.Media xəbər verir ki, ilkin mərhələdə çəkilən elektrik xəttinin uzunluğu 1500 metr olacaq. 

Hal-hazırda Ağdam-Xankəndi yolu üzərində qurulan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yükləri dayandığı əraziyə 110/35/10 kilovotluq Ağdam 2 yarımstansiyasından 1 km yarım məsafədə 10 klovotluq xətt çəkilir. 
Bunun üçün 34 işıq dirəyi basdırlmalıdır. Onun 20 ədədi basdırılıb, quyuları qazılıb məftili buraxılıb. İşlərin günun sonuna kimi yekunlaşması nəzərdə tutulub. Hal-hazırda 110/35/10 Ağdam 2 yarımstansiyasında fasiləsiz enerji var. Birbaşa ordan məntəqəyə fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək. 

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib.

Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO