30 və 31 avqust tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri 28 avqustda saxlanılan 3 nəfərə baş çəkib.
Bu barədə Bizim.Media-ya Beynəlxalq Qızıl Xaç Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, onlarla təkbətək görüş keçirilib və onlara ailələri ilə əlaqə yaratmaq imkanı yaradılıb.
Xatırladaq ki, 28 avqust tarixində Azərbaycan bayrağını təhqir edən 3 erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı.
Həmin zaman faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
Müdafiə hüquqları təmin edilməklə istintaqa cəlb edilən şəxslər dindirmə zamanı törətdikləri əməli etiraf edərək səmimi peşman olduqlarını, gələcəkdə bir daha bu kimi hərəkətlərə yol verməyəcəklərini bildirib.
Təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:32 / 01.09.2023
Azərbaycanda saxlanılan 3 erməniyə ailələri ilə əlaqə yaratmaq imkanı YARADILDI
Hazırda oxunan: Azərbaycanda saxlanılan 3 erməniyə ailələri ilə əlaqə yaratmaq imkanı YARADILDI
Hazırda oxunan: Azərbaycanda saxlanılan 3 erməniyə ailələri ilə əlaqə yaratmaq imkanı YARADILDI
153195
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.