Xızının Giləzi qəsəbəsində sel başmış ərazilərin təmizlənməsi DAVAM EDİR - FOTO 

Xızının Giləzi qəsəbəsində sel başmış ərazilərin təmizlənməsi DAVAM EDİR - FOTO 

Hazırda oxunan: Xızının Giləzi qəsəbəsində sel başmış ərazilərin təmizlənməsi DAVAM EDİR - FOTO 

152973

Ötən gecə sel suları basmış Xızı rayonunun Giləzi qəsəbəsində sakinlərin həyətində suların çəkilməsi və təmizlənməsi prosesi gün ərzində davam edib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xızı rayon suvarma sistemləri idarəsinin rəisi Fərrux Haqverdiyev başda olmaqla, işçilər sel basmış həyətlərə baxış keçirib. 

Gün ərzində ərazidə su arxlarının açılması, su borularının və həyətyanı sahələrdən sel nəticəsində yaranmış lillənmiş səthin təmizlənməsi işləri aparılıb. 

Ümumilikdə 20-dən çox evin həyətindən suyun çəkilib təmizlənməsi təmin edilib. Bu barədə Giləzi qəsəbə sakini Elgün Ağamalıyev Bizim.Media-ya məlumat verib.  

Qeyd edək ki,Giləzi qəsəbəsində güclü sel 50 evi, yardımçı tikililəri və həyətləri basıb. Rayon icra hakimiyyətinin, polis şöbəsinin nümayəndələri də su basmış evlərə baxış keçirib. Xızı rayon Fövqəladə Hallar Komissiyası dəyən ziyanın həcmini dəqiqləşdirir.  










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO