Xızıda bir neçə avtomobil dərəyə yuvarlanıb, vətəndaşlar köməksiz qalıb - VİDEO

Xızıda bir neçə avtomobil dərəyə yuvarlanıb, vətəndaşlar köməksiz qalıb - VİDEO

Hazırda oxunan: Xızıda bir neçə avtomobil dərəyə yuvarlanıb, vətəndaşlar köməksiz qalıb - VİDEO

152863

Xızıda bir neçə avtomobil dərəyə yuvarlanıb. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

FHN -nin “112” qaynar telefon xəttinə Xızı-Giləzi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində bir neçə avtomobilin güclü yağışın yaratdığı lilli və palçıqlı sel suyu nəticəsində dərəyə yuvarlanması və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. 

Əlverişsiz hava şəraitinə və günün qaranlıq vaxtı olmasına baxmayaraq operativ olaraq həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən 2 nəfər qadın dərəyə düşmüş nəqliyyat vasitəsindən çıxarılaraq xilas edilib. 

FHN-in əraziyə cəlb edilmiş qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq Xızı-Giləzi yolunun qeyd edilən hissəsində çətin vəziyyətdə qalan digər avtomobillər təhlükəsiz əraziyə çıxarılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO