Çingiz Mustafayevin xatirəsi anıldı – FOTO  

Çingiz Mustafayevin xatirəsi anıldı – FOTO  

Hazırda oxunan: Çingiz Mustafayevin xatirəsi anıldı – FOTO  

152806

Azərbaycanın Milli Qəhrəmanı, Xocalı faciəsini öz kamerasının yaddaşına köçürən məşhur telejurnalist Çingiz Mustafayevin bu gün 63 yaşı tamam olur. 

Bizim.Media xəbər verir ki, doğum günündə onun vaxtilə işlədiyi (Dəvəçi) Şabran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi keçmiş həmkarlarını unutmayıblar. 

Onun Şabran şəhərindəki xatirə kompleksi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin hazırda işdə olan bir neçə əməkdaşı tərəfindən ziyarət olunub. Kompleks önünə güllər düzülüb, xatirəsi hörmətlə anılıb.

Çıxış edən həmkarları Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Çingiz Mustafayevin 1984-1987-ci illərdə o vaxtkı Dəvəçi Rayon Sanitar-Epidemiologiya Mərkəzində sanitar-həkim kimi fəaliyyətə başlamasından danışıblar. Onlar keçmiş iş yoldaşlarının söhbətlərinə istinadən Çingizin yaddaşlarda çox vətənpərvər, xeyirxah və ürəyiyumşaq insan kimi qaldığını deyiblər.

Onlar Çingiz Mustafayevin Qarabağdakı tarixi çıxışlarında laçınlıların geri qayıtması epizodunu xatırlayıblar.

Avqustun 26-da ölkədə ilk dəfə Laçın günü kimi möhtəşəm tədbirin keçirilməsilə bütün şəhidlərin də narahat ruhu rahatlıq tapdı. 

Qeyd edək ki, Çingiz Mustafayevin Şabran şəhərində 20 ildən artıqdır ki, vaxtilə işlədiyi Sanitar-Epidemiologiya Mərkəzinin qarşısında xatirə kompleksi qoyulub. Şabranın keçmiş icra başçısının göstərişi ilə həmin xatirə kompleksinin yanında Çingiz Mustafayev parkı da salınıb.

Burada sakinlərin istirahəti üçün skamyalar qoyulub, uşaqlar üçün əyləncə guşəsi də quraşdırılıb.

Parkın ərazisi təmiz və səliqəli olsa da, Çingiz Mustafayevin və adını daşıyan parkın ərazisinin yenilənməsinə ehtiyac var. Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyətindən hər hansı mövqe almaq cəhdlərimiz ənənəvi olaraq yenə boşa çıxdı.
















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO