Yağış nəticəsində sahibkarlara dəyən ziyan ÖDƏNİLƏCƏK? – “Sədərək” Ticarət Mərkəzindən AÇIQLAMA

Yağış nəticəsində sahibkarlara dəyən ziyan ÖDƏNİLƏCƏK? – “Sədərək” Ticarət Mərkəzindən AÇIQLAMA

Hazırda oxunan: Yağış nəticəsində sahibkarlara dəyən ziyan ÖDƏNİLƏCƏK? – “Sədərək” Ticarət Mərkəzindən AÇIQLAMA

152802

Xəbər verdiyimiz kimi avqustun 27-dən 28-ə keçən gecə yağan güclü yağış nəticəsində “Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb. Nəticədə xeyli sahibkar ziyan görüb. 

Bəs, dəymiş ziyana görə sahibkarlara yardım ediləcəkmi?

Məsələ ilə bağlı ilkin olaraq “Sədərək” Ticarət Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin sözçüsü Kəmaləddin Qədim Bizim.Media-ya açıqlamasında ötən gecə yağan güclü leysan nəticəsində Ticarət Mərkəzinin bir hissəsini su basdığını qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

"Binə" və "Sədərək" ticarət mərkəzləri SU BASDI - VİDEO 


“Baxmayaraq ki, ərazidə nasosxanalar var. Və subasma zamanı həmin nasoslar tam gücü ilə işləyirdi. Lakin, yağışın güclü olması səbəbindən nasoslar çatdırmadı. Ona görə də müəyyən əraziləri su basdı. Nəticədə bəzi sahibkarların mağazaları ziyan gördü. Biz belə hallarda sahibkarlara hansısa şəkildə kömək etmişik. Bu dəfə də yəqin ki, hansı şəkildəsə köməklik edəcəyik”.

“Bəs, Sədərək Ticarət Mərkəzi öz obyektlərini sığortalayıbmı?” - sualına isə Kəmaləddin Qədim cavab verməkdə çətinlik çəkib:

“Dəqiq bilmirəm, yəqin ki, sığortalanıb”.

Məsələnin hüquqi tərəfdən izahı üçün Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayevlə əlaqə saxladıq.

Onun sözlərinə görə, icarədara dəymiş ziyanın “Sədərək” TM tərəfindən ödənilməsi məsələsi tərəflər arasında bağlanmış müqaviləyə əsasən tənzimlənir:

“Əgər icarə müqaviləsində bu göstərilibsə, obyektin texniki vəziyyətinin normal vəziyyətdə saxlanılması icarədarın üzərinə düşürsə, onda mülkiyyətçi məsuliyyətdən azaddır. Yox, obyektə texniki qulluq öhdəlikləri mülkiyyətçinin öhdəsində qalıbsa, onda icarədara dəymiş ziyan mülkiyyətçi tərəfindən qarşılanmalıdır. Yəni bütün münasibətləri müqavilə şərtləri aydınlaşdırır. 

Burda bir məsələ də var. Əgər dəymiş zərər lokal məkanda baş veribsə və bu zərər hadisəsi icarədarın səhlənkarlığı ucbatından baş veribsə, onda mülkiyyətçiyə qarşı heç bir tələb irəli sürülə bilməz. Yox, əgər obyektə ziyan ətraf amillər səbəbindən, yəni kanalzasiyanın olmaması və yaxud nasosxananın yaxşı işləməməsi üzündən olubsa, onda mülkiyyətçi icarədarın ziyanını qarşılamalıdır”.

Əsabəli Mustafayev təəssüflə bildirdi ki, bu qədər hadisələrə, ziyanlara rəğmən sahibkarların sığortaya münasibəti normal deyil:

“Halbuki, sığorta iqtisadiyyatın təməl prinsipidir. İstənilən xidmət və xidmət göstərən obyekt sığortalanmalıdır. Sığorta olunmuş mala, mülkə görə isə o qədər də narahat olmağa dəyməz. Çünki, dəymiş ziyanı sığorta şirkəti ödəyəcək”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO