Son vaxtlar əksər çörəkbişirmə müəssisə və sexləri ələkdən imtina edib. Halbuki, ələk unun həm keyfiyyətini artırır, həm də yad cismlərin xəmirə düşməsinə maneə yaradır. Çörək alıb istifadə edərkən onun içərisindən yad cisimlərə az rast gəlməmişik. Bu da istehsal prosesində ələkdən istifadə olunmamasının nəticəsidir.
Bəs, istehsal prosesində ələkdən istifadə olunmaması daha hansı risklər yaradır?
Suala Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova aydınlıq gətirib.
O, Bizim.Media-ya açıqlamasında o bildirib ki, çörəyin hazırlanmasında unun ələkdən keçirilməsi vacibdir:
“Bu çörəyin keyfiyyətinə böyük təsir edir. Çünki, ələkdən keçməyən unda yad cisimlərin olması və yaxud fiziki çirklənməyə məruz qalma halları istisna edilmir. Bundan başqa ələkdən keçirilmiş undan hazırlanan çörək daha məsaməli, daha uzunömürlü olur. Ələkdən keçirilməmiş undan hazırlanan çörək məsaməli olmadığı üçün polietilen torbalarda saxlanılan zaman daha tez kiflənir. Bəzənsə belə hallar kartof xəstəliyin yaranmasına səbəb olur. Əslində bütün çörək zavodlarında mexaniki ələnmədən və mexaniki xəmirqatan aparatlardan istifadə olunmalıdır”.
Məhsəti Hüseynova onu da qeyd edib ki, zavodlarda çörəyin hazırlanma prosesi bir neçə formada həyata keçir:
“Əgər çörək ağ undan hazırlanırsa, bu un əvvəlcədən kəpək və rüşeym qismindən ayrılmış olduğu üçün sadəcə nişasta tərkibli olur. Ona görə də sənaye üsulu ilə hazırlanan unlar çox zaman ələkdən keçirilmir. Bundan başqa pəhriz çörəkləri hazırlanarkən də ələkdən istifadə olunmur. Əslinə baxsaq, kommersiya məqsədi ilə, pəhriz adıyla hazırlanan çörəklərin tərkibi də şübhəlidir.
Çünki, müşahidələrimiz zamanı elə un rənginə rast gəlirik ki, bunun nədən hazırlandığını ayırd etmək olmur.
Ona görə də rəngi dəyişdirilmiş undan çörək hazırlanarkən bilərəkdən ələkdən istifadə olunmur. Bu isə insan sağlamlığı üçün müəyyən risklər yaradır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 28.08.2023
Ələkdən keçirilməyən undan hazırlanan çörəyin QORXUNC FƏSADLARI
Hazırda oxunan: Ələkdən keçirilməyən undan hazırlanan çörəyin QORXUNC FƏSADLARI
Hazırda oxunan: Ələkdən keçirilməyən undan hazırlanan çörəyin QORXUNC FƏSADLARI
152672
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.