Şəhid atasından ŞİKAYƏT - 13 ildir ev gözləyirdi, yaşadığı mənzil də YANDI – FOTO 

Şəhid atasından ŞİKAYƏT - 13 ildir ev gözləyirdi, yaşadığı mənzil də YANDI – FOTO 

Hazırda oxunan: Şəhid atasından ŞİKAYƏT - 13 ildir ev gözləyirdi, yaşadığı mənzil də YANDI – FOTO 

152665

Birinci Qarabağ müharibəsində bir oğlu itkin düşüb, digəri isə şəhid olub. Söhbət Qubanın ucqar dağ kəndi Dərkdə yaşayan şəhid atası, 91 yaşlı Mahur Məhərrəmovdan gedir. Bir neçə ay əvvəl ona  məxsus ev yanaraq, yararsız vəziyyətə düşüb. Bir müddət qohum-qonşu evində yaşamağa məcbur qalan ailəyə  

Quba İH tərəfindən rayonda  tikilmiş 48 mənzilli yaşayış binasından iki otaqlı mənzil verilib. Yeddi nəfərlik ailə üzvlərinin üç nəfəri bu mənzilə köçməyi planlaşdırır.
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə şəhidlərin xatirə bulağı istifadəyə VERİLDİ – FOTO  


Digər dörd üzvü isə yaşadıqları kənddə, yarımtikilidə yaşayacaqlarını bildirdilər. Səbəb isə ailənin gəlir mənbəyi mal-qara və əkin sahələrindən olduğu üçündür. Nəzərə alsaq ki, yay ayıdır və ailə şəraitsiz evdə yaşaya bilir. Şimalın sərt qışında yarımtikilidə sözsüz ki, yaşamaq mümkünsüz olacaq.  

Mahur Məhərrəmov 13 ildir şəhid atası kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatdadır.

M.Məhərrəmov deyir ki, dəfələrlə müraciət etsələr də, onlara nə vaxt ev tikiləcəyi barədə heç bir məlumat verilməyib: 

“Yaşadığımız ev yandı yenə də nazirlikdən bir xəbər çıxmadı. Fövqaladə Hallar Naziliyində  (FHN) evimizin yanması ilə bağlı bütün sənədlər var. Quba icra hakimiyyətinə təşəkkür edirik, yanan evimizi və  şəhid atası olduğumu  nəzərə alıb, bizə iki otaqlı mənzil hədiyyə etdi. Bəs, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ailəmizin mənzil problemini nə vaxt həll edəcək?" 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan məsələyə qısa vaxt ərzində münasibət bildirəcəyi deyildi.


















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO