Bakı metrosunun ilk xanım maşinisti telefonla danışdığına görə İŞDƏN ÇIXARILDI 

Bakı metrosunun ilk xanım maşinisti telefonla danışdığına görə İŞDƏN ÇIXARILDI 

Hazırda oxunan: Bakı metrosunun ilk xanım maşinisti telefonla danışdığına görə İŞDƏN ÇIXARILDI 

152641

“Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub. 

Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb. 

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib:

“Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”. 
G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO