"Milləti millət edən onun milli-mənəvi DƏYƏRLƏRİDİR" 

Hazırda oxunan: "Milləti millət edən onun milli-mənəvi DƏYƏRLƏRİDİR" 

152635

Tarixən bütün dövrlər boyu Azərbaycan xalqı öz milli mənəvi dəyərlərinə hər zaman dəyər verib və bütün dünyada da bununla fərqlənib. Uzun illərdir ki, bu dəyərlərimiz nəsildən-nəsilə ötürülür.

Görəsən günümüzdə milli mənəvi dəyərlərimiz necə mühafizə edilir?

"Milli mənəvi dəyərlərin qorunması bir neçə istiqamətdə ola bilər. Lakin bunu sadəcə dövlət deyil, cəmiyyət də mühafizə etməlidir."

Bizim.Media-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev bu mövzu haqqında danışıb.

Sosioloq milli-mənəvi dəyərlərimizin qorunmasının önəmini xüsusilə  vurğulayıb: 

"Hər bir xalqı xalq edən immanent şəkildə ona məxsus olan  milli mənəvi dəyərləri və etik normalarıdır. Bu dəyərlər statik səciyyə deyil, dinamik səciyyə daşıyır. Yəni zaman dəyişdikcə, bu dəyərlər təkminləşir,  inkişaf edir. Ümumiliyyətlə, millət, cəmiyyət olaraq diqqət etməliyik ki, milli mənəvi dəyərlərimiz kənar, yad, dağıdıcı  təsirlərdən qoruya bilək, çünki bizim cəmiyyətin sosial mobilliyi, həmrəyliyi milli mənəvi dəyərlərimizin nə qədər dayanıqlı olmasından asılıdır.

Bilirik ki, 44 günlük Vətən müharibəsi dövründə dövlət başçımız cənab İlham Əliyev "Dəmir yumruq" ifadəsi  işlətdi və bu təkcə gücü simvolizə etmirdi, həm də birliyin, həmrəyliyin simvolu hesab edilirdi".
Ekspert qeyd edib ki, milli mənəvi dəyərlərimizin qorunması bir neçə istiqamətdə ola bilər:

“Toplum səviyyəsində, yəni cəmiyyət olaraq, dövlət səviyyəsində və hər bir təbəqənin öz üzərinə düşən missiya olaraq, ailədə, məktəbdə, kollektivdə bu dəyərlərimizin qorunmasına önəm verməliyik. Makro, mikro və mezo səviyyədə biz bu dəyərlərin qorunması ilə bağlı daim düşünməliyik, çünki bizi biz edən məhz milli mənəvi dəyərlərimizdir. Hansı ki, bu dəyərlər yalnız bizə məxsusdur və bizim milli identikliyimiz əsaslandıran, simvolizə edən dəyərlər milli kimliyimizin atribitudur."

Dəyərlərimizin cəmiyyətimiz üçün önəmindən söz açan sosioloq, bu dəyərlərin qorunması üçün nələr edə biləcəyimizi də qeyd edib:

“Hesab edirəm ki, ədəbiyyat adamları öz yaradıcılıqlarında bu dəyərlərdən bəhs etməli, həmçinin mətbuat işçiləri, KİV, özəlliklə də televiziya sahəsi milli mənəvi dəyərlərimizin keşiyində durmalıdırlar. Dəyərlərin varisliliyini təmin etməyə yönələn verilişlərə daha çox üstünlük verilməlidir. Çünki bu dəyərlər varislik əsasında gələcək nəsillərə ötürülür". 


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi - bəndinə uyğun olaraq hazırlanıb.

Aysu Allahverdi, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO