Zərdabda avqustun 25-də Kür çayında batan 2009-cu il təvəllüdlü Əsma Pərviz qızı Müzəffərlinin meyiti tapılıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, onu meyiti ötən gün axşam saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Zərdab rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, 14 yaşlı Əsma Müzəffərli bir neçə gün öncə Bakıdan Zərdaba nənəsigilə qonaq gəlmişdi. O, Kür çayının kənarında əl yellənçəyində yellənmək istəyərkən ehtiyatsızlıq edib və suya düşərək boğulub. Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:15 / 28.08.2023
Bakıdan Zərdaba nənəsigilə qonaq gedən qız Kürdə BOĞULDU
Hazırda oxunan: Bakıdan Zərdaba nənəsigilə qonaq gedən qız Kürdə BOĞULDU
Hazırda oxunan: Bakıdan Zərdaba nənəsigilə qonaq gedən qız Kürdə BOĞULDU
152613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.