Son dönəmlər insanların əksəriyyəti saç tökülməsindən şikayətlənir. Səbəbini isə bəziləri bilmir, bəziləri isə saça baxım məhsullarını əsasən də saç şampunlarını günahlandırır. Əslində isə saç tökülməsi dermatoloji xəstəlikdir və vaxtında müalicə edilməlidir.
Mütəxəssislər keyfiyyətli qidaların qəbulu, yaxşı yuxu, saça uyğun şampun və kremlər seçmək, saçları çox kimyəvi proseslərə məruz qoymamaqla saç tökülməsinin qarşısını ala bilməyin mümkünlüyünü bildirir.
Bəs saç tökülməsinin kökündə bilmədiyimiz hansı səbəblər durur?
Dermatoloq Bəxtiyar Paşayev Bizim.Media-ya açıqlamasında saç tökülməsinin səbəblərindən söz açıb:
MÖVZU İLƏ BAĞLI:
Niyə saçlar payızda tökülür? – VİDEO
“Düzgün qulluq vasitələrinin seçilməməsi əsasən saça yox, baş dərisi xəstəliklərinə, qıcıqlanmasına, saçın strukturunun pozulmasına, kimyəvi yanmasına gətirib çıxara bilər. Amma çox nadir hallarda saça qulluq vasitələri saç tökülməsinə səbəbi olur. Adətən həm kişi , həm də qadınlarda saç tökülməsinin əsas səbəbi genetik səbəbdir.
Bu, androgenetik, yəni kişi və qadı tipli saç tökülməsi adlanır. Kişi tipi saç tökülməsi olaraq bilinən "androgenik alopesiya" sikatrisli saç tökülməsi olmasa da, bu tip saç tökülmələrində zamanla saç kökləri bağlanır və saçların yenidən çıxma şansı itirilir. Bu saç tökülməsi də kişilərdə ən çox rast gəlinən saç tökülmə növüdür. Qadınlarda postmenopozal saç tökülməsi ümumi bir vəziyyətdir”.
Dermotoloq bildirir ki digər xəstəliklərlə əlaqədar və saç tökülməsində səhv müalicə tətbiqləri qalıcı saç tökülməsinə səbəb ola bilər:
“Cicatricial, yəni çapıqlı saç tökülməsi ümumiyyətlə dəri və ya sistem mənşəli iltihablı bir hadisədən sonra inkişaf edir. Sonra isə baş dərisində saç follikullarının itirildiyi qalıcı saç tökülməsinə səbəb olur. Bu vəziyyət dərini əhatə edən bakterial, göbələk (saç və baş dərisinin göbələk infeksiyaları) və ya virus infeksiyası həmçinin mənşəyi bilinməyən iltihablı dəri xəstəlikləri və ya baş dərisini əhatə edən sistemli xəstəlik səbəbindən baş verə bilər.
Qeyri-cicatricial yəni çapıqsız saç tökülməsində isə saç kökləri tökülmür və saç tökülməsi baş dərisində qızartı və şişkinlik kimi açıq-aşkar iltihab əlamətləri olmadan özünü göstərir. Bu tip itkilərə ən çox rast gəlinən nümunələr xalq arasında “ringworm” kimi tanınan “alopecia areata” və ümumi saç tökülməsi olaraq təyin olunan “telogen effluvium”dur. Alpenuq, qırmızı dəmrov isə geriyə dönməz saç tökülmələridir. Pillada proctor, qırmızı qurd eşənəyi də bu tip saç tökülmələrinə daxildir”.
Onun sözlərinə görə vitamin və mineral çatışmazlığı, qan azlığı, hormonal pozğunluqlar, stress, psixi travmalar saç tökülməsini yaradan amillərdir:
“Ağır xəstəliklərdən2-3 ay sonra normal olaraq saç tökülmələri müşahidə olunur və 6 ay ərzində tökülən saçlar bərpa olunur. Hormonal problemlərlə əlaqədar və qadınlarda hamiləlikdən sonra saç tökülmələri ola bilər ki, bu da fizioloji mahiyyət daşıyır. Əsasən də birdən-birə həddindən artıq cəki itirilməsi də saç tökülməsinin səbəbidir. Eyni zamanda, vitamin D çatışmaması səbəbindən saç tökülməsi çox insanda rast gəlinən problemdir.
Əgər gün ərzində 50-100-dən artıq saç teli tökülürsə, bu normal hal deyil. Belə vəziyyətlərdə mütləq şəkildə həkim-dermatoloqa müraciət edilməlidir. Çünki saç tökülməsi bəzi xəstəliklərin ilk əlaməti ola bilər”.
Röyanə Oğuz, Bizim.Media