Ucar qəzasında ata ölüb, oğul ağır xəsarət alıb - YENİLƏNİB - FOTO

Ucar qəzasında ata ölüb, oğul ağır xəsarət alıb - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Ucar qəzasında ata ölüb, oğul ağır xəsarət alıb - YENİLƏNİB - FOTO

152535

Bu gün Ucarda baş verən qəzada xəsarət alan Tahir Əhədov Ucar Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Bizim.Media xəbər verir ki, hadisə bu gün Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayonunun Qazyan kənd sakini, 1956-cı il təvəllüdlü Tahir Musa oğlu Əhədovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə oğlu, 1984-cü il təvəllüdlü Abdul Tahir oğlu Əhədovun idarə etdiyi eyni markalı maşın toqquşub. Nəticədə ata və oğul ağır xəsarət alıb, təcili tibbi yardım avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq Tahir Əhədov həyatını itirib.

13:37

Ucarda ata və oğulun idarə etdiyi avtomobillər toqquşub.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə bu gün Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayonunun Qazyan kənd sakini, 1956-cı il təvəllüdlü Tahir Musa oğlu Əhədovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə oğlu, 1984-ci il təvəllüdlü Abdul Tahir oğlu Əhədovun idarə etdiyi eyni markalı maşın toqquşub. Nəticədə ata və oğul ağır xəsarət alıb, təcili tibbi yardım avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin tibbi yardım göstərildikdən sonra Tahir Əhədov Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun müalicəsini davam etdirmək məqsədi ilə Bakıdakı xəstəxanaların birinə göndərilməsi planlaşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO