“Bir ildir car çəkirik, niyə bizi eşitmirsən, ay Qərargah müəllim” - Azər Qərib

“Bir ildir car çəkirik, niyə bizi eşitmirsən, ay Qərargah müəllim” - Azər Qərib

Hazırda oxunan: “Bir ildir car çəkirik, niyə bizi eşitmirsən, ay Qərargah müəllim” - Azər Qərib

15246

“Bu gün brifinq gözlənilir. Deyim, necə olacaq? Elan edəcəklər ki, bu gecə (maksimum sabah) saat 12-də giriş-çıxış bağlanır və millət düşəcək yollara. Nələr baş verəcəyini proqnozlaşdırmaq üçün Zirəddin olmaq lazım deyil - şəhərlərarası yollarda tıxaclar, kütləvi psixoz, əsəb, stress, polisin işinə inanılmaz yük, ajiotaj və s”.

Bizim.Media xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı, bloger Azər Qərib Facebook səhifəsində yazıb. 

O, postunda sərt karantin rejiminin heç bir işə yaramadığını da qeyd edib.  Bundan başqa bloger insanları qorxu içində saxlamağın da səhv atdım olduğunu vurğulayıb:

“Bunu biz anlayırıqsa, nəyə görə OQ (Operativ Qərargah) anlamır? Artıq bir ildən çoxdur ki, OQ fəaliyət göstərir, amma hələ də əhali ilə düzgün kommunikasiya qura bilmir. Neçə gündür anons veriblər brifinq haqda, Britaniya ştammı belə gəldi, Afrikanski ştamm belə getdi, vaksin bunlara qarşı kömək etmir, yenə vahimə, yenə hamı intizarda, yenə hamının canına vəlvələ düşüb, nədir bunlar?”.

Sonda A. Qərib Operativ Qərargahı tənqid də edib:

“Nə edək ki, OQ işini düzgün qura bilsin, vaxtı vaxtında ünsiyət yaratsın, xalqı narahat edən suallara cavab versin? Bir ildir car çəkirik, niyə eşitmirsən bizi, ay Qərargah müəllim? Əgər insan həyatı prioritetdirsə, nəzərə alın ki, bütün xəstəliklərin başında əsəb dayanır. Siz isə əsəblərimizlə elə oynayırsınız ki, korona xəcalət çəkib durur qırağda...”

Vüsalə Balayeva, Bizim. Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO