Zaqatalada yol qəzası olub, 4 nəfər xəsarət alıb

Zaqatalada yol qəzası olub, 4 nəfər xəsarət alıb

Hazırda oxunan: Zaqatalada yol qəzası olub, 4 nəfər xəsarət alıb

152381

Zaqatala rayon ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisındən keçən hissəsində minik avtomobillərindən birinin işıqforda yol hərəkət qaydalarına düzgün riayət etməməsi səbəbindən ağır yol-nəqliyyat hadisəsi baş verib.  

Nəticədə avtomobillərdə olan dörd sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  

Hadisə yerinə gələn Təcili Tibbi Yardım həkimləri tərəfindən yaralılara tibbi yardım göstərilib.

Daha sonra onlar müayinə və müalicə üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəzanın səbəbləri və xəsarət alanların kimliyi dəqiqləşdirilir.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO