Gədəbəydə kafedə kütləvi dava olub

Gədəbəydə kafedə kütləvi dava olub

Hazırda oxunan: Gədəbəydə kafedə kütləvi dava olub

152345

Gədəbəydə kafedə dava olub. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, avqustun 25-də saat 11 radələrində Gədəbəy rayonu Qalakənd kəndi ərazisində kafelərin birində bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq hərəkətləri ilə bağlı polisə məlumat daxil olub. 
Polis əməkdaşları tərəfindən həmin hərəkətləri törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq polis şöbəsinə gətiriliblər. Hadisə şəxsi münasibətlər zəminində baş verib. 

Fakta görə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub. 

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO