İstirahət günlərində (avqustun 26-27-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Samur-Yalama milli parkında fasilələrlə yağış yağacağı gözlənilir.
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 26-28°isti olacaq.
Altıağac milli parkında fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-27° isti olacaq.
Ağgöl milli parkında arabir yağış yağacağı, 27-də gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 30-32° isti olacaq.
Qızılağac milli parkında arabir yağış yağacağı, 26-da axşam tədricən kəsiləcəyi, 27-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20° isti, gündüz 29-31° isti olacaq.
Göygöl milli parkında hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti , gündüz 18-23° isti olacaq. Şirvan milli parkında arabir yağış yağacağı, 26-da axşam tədricən kəsiləcəyi, 27-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 30-32° isti olacaq.
Hirkan milli parkında arabir yağış yağacağı, 26-da axşam tədricən kəsiləcəyi, 27-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20° isti, gündüz 29-31° isti olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:56 / 25.08.2023
İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti AÇIQLANDI
Hazırda oxunan: İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti AÇIQLANDI
Hazırda oxunan: İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti AÇIQLANDI
152305
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.