Kəlbəcərdə ağır QƏZA: Türkiyə vətəndaşları ÖLDÜ

Kəlbəcərdə ağır QƏZA: Türkiyə vətəndaşları ÖLDÜ

Hazırda oxunan: Kəlbəcərdə ağır QƏZA: Türkiyə vətəndaşları ÖLDÜ

152262

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşrımı hissəsində qeydə alınıb. 

Hərəkətdə olan "Mitsubishi" markalı minik maşını idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb. Nəticədə iki nəfər ölüb, bir nəfər xəsarət alıb. 

Dərhal hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Kəlbəcər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Qəzada ölənlərin meyiti FHN-in əməkdaşları tərəfindən dərədən çıxarılaraq adiyyəti üzrə təhvil verilib. 
Ölən şəxslərin Türkiyə vətəndaşları, 1977-ci il təvvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelik, xəsarət alan şəxsin isə 1993-cü il təvəllüdlü M.Okumuş olduğu bildirilir. 

Qeyd edək ki, qəzaya düşənlər Kəlbəcərdə fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşlarıdır. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO