Masazırda bina yanıb, 10 nəfər təxliyə edilib

Masazırda bina yanıb, 10 nəfər təxliyə edilib

Hazırda oxunan: Masazırda bina yanıb, 10 nəfər təxliyə edilib

152213

Abşeronda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, rayonun Masazır qəsəbəsində altımərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan 2 otaqlı mənzilin mətbəxində 2 m² sahədə məişət əşyaları yanıb.

Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO